Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral-Gənclər Günü münasibətilə Biləsuvar rayonunda ağacəkmə aksiyası keçirilib.

01 fevral 2021 | 16:00

1 fevral 2021-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclərin və könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması ideyasını aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir.

Ağacəkmə aksiyası Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aparıldı.100 nəfərdən çox gəncin iştirak etdiyi aksiyada müxtəlif adda ağaclar əkildi  və suvarıldı. 
 

Keçidlər