Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirildi
17 mart 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş “Novruz gəlir yaz gəlir” adlı tədbir keçirilmişdir.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, mərkəzin kollektivi və rayonun mədəniyyət işçiləri iştirak etmişlər. Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova tədbiri giriş sözü ilə açaraq Novruzun gəlişi ilə bağlı xoş sözlərini bildirdi.Sonra Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova rayon İcra Hakimiyyitinin Başçısı adından rayon Mədəniyyət işçilərini təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.Digər çıxış edənlər də Novruz bayramının Bahar-gözəllik, şəfqət, bərəkət bayramı olduğunu vurğuladılar.Ta qədimdən xalqımız baharın gəlişınə bu mənanı vermiş və onu öz istəyi, saf arzuları, təmiz niyyətləri ilə əlvanlaşdırmışlar.Xalqımız baharın gəlişinə gözəl ad verib Novruz-yeni gün.Kosa və keçəlin gəlişi tədbiri daha da rəngləndirdi.
Sonra Mərkəzin kollektivi tərəfindən hazıranmış bayram proqramı təqdim olundu.