Biləsuvarda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd edildi.
20 yanvar 2021 | 16:00
Qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri rayonun mərkəzi parkında yerləşən Şəhidlər Xiyabanını, eləcə də 20 Yanvar faciəsinin qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. Ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsi yad edilib, qəbirləri üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Allah torpaqlarımızın azadlığı və dövlətimizin bötüvlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin!