Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılmışdır

20 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayında vaksinləşmə prosesinə başlanılmışdır.
20 yanvar 2021-ci il tarixdə Biləsuvar rayonunda da vaksinasiya prosesinə başlanılmışdır. Rayon Mərkəzi Xəstəxanasında COVID-19-a qarşı vaksinasiya prosesinin birinci mərhələsində səhiyyə işçilərinin peyvənd olunması nəzərdə tutulmuşdur.        

Keçidlər