Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondunun əməkdaşları Biləsuvarda aqrar sahədə sığortanın tətbiqi mövzusunda maarifləndirmə tədbiri keçirdi.

14 yanvar 2021 | 16:00

14 yanvar 2021-ci il tarixdə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov, Fondun əməkdaşı Əli Əhmədov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və fermerlər iştirak etdi.
Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Aqrar Söğorta Fondun  aqrar sahənin inkişafında mühüm rolundan danışdı. Bildirdi ki,  aqrar sahədə sığortanın inkişaf etdirilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyyətinin sədri Fuad Sadıqov bildirdi ki, Aqrar Sığorta Fondu  Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.Aqrar Sığorta Fondu Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə təsis edilb.Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək  investisiya risklərinin azalmasına  və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.“Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.Aqrar Sığorta Fondu (ASF) dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən  qeyri-kommersiya hüquqi şəxsdir.
İdarəedici Qurum - qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
Tədbirdə çıxış edənlər  bildirdilər ki, fermerlərin min bir əziyyətlə yetişdirdikləri məhsullar hansısa təbii fəlakət baş verəndə  zay olur. Yaxud anormal iqlim şəraitində də həmçinin. Heyvandarlıq, bitkiçilik və sair sahələrdə müxtəlif xəstəliklər nəticəsində insanların zəhməti hədər gedir. Yəni insanlar min zəhmətlə, hətta kredit götürərək yetişdirdiyi məhsulun zay olması üzündən bu sahədə çalışanlar heç bir mənfəət, gəlir götürə bilmirlər. Aqrar sığortası olmadığı üçün isə fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların çəkdikləri xərclər ödənilmir. Aqrar sığorta tətbiq edildiyi halda fermerlər güvəndə olacaq. Hər hansı bir təbii hadisə və sair zamanı onların məhsulları zay olacaqsa, artıq onların güvəndikləri yer olacaq.
Fermerlər fondun yaradılmasının olduqca müsbət addım olduğunu qeyd edərək. fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə əhali arasında maarifləndirmə işlərinin aparılmasını bildirdilər.Mülkiyyətçiləri maraqlandıran suallara aydınlıq gətirildi.

Keçidlər