Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda könüllülər tərəfindən koronavirus infeksiyasına qarşı maarifləndirici tədbirlər davam etdirilir.

13 yanvar 2021 | 16:00

Biləsuvar rayonunda yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir. Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Gənclər və İdman İdarəsinin könüllüləri tərəfindən Biləsuvar şəhərinin və kənd yaşayış məntəqələrinin ərazilərində maarifləndirmə işləri aparılır, əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirilir və əhaliyə tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə olunur. Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılır, ticarət müəssisələrinə üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu posterlər yapışdırılır.Əhaliyə  tibbi maska və digər qoruyucu tibbi vasitələr paylanılır.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının  yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər rayon ərazisində mütəmadi olaraq davam etdirilir.

 

Keçidlər