8 mart - Qadınlar bayramı münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimovanı təbrik üçün Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon ziyalıları Milli Qəhrəmanın evində olmuş.
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimovanı təbrik etmək üçün Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon ziyalıları Milli Qəhrəmanın evində olmuşlar.Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının I müavini Xanlar Məmmədov Milli Qəhramanın anası Şamama İbrahimovanı bayram münasibətilə təbrik edərək ən xoş arzularını bildirmişdir.İştirakçılar Mübariz İbrahimovun Qəhrəmanlıq Salnaməsindən danışmış və Qəhrəmanın şəkillərindən ibarət olan Sərgi otağına baxış keçirmişlər.Şamama xanım və Ağakərim kişi onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.Sonda hədiyyələr təqdim olundu.