Biləsuvar rayonunda 8 mart- Beynəlxalq Qadınlar Bayramı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
06 mart 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zirvə” şadlıq sarayında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Qadınlarımızın cəmiyyətin həyatında mühüm rol oynaması Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələrin təntənəsidir və müəyyən olunmuş bu dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.Rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif olundular. Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və işlərində müvəfəqiyyətlər arzuladılar. Sonra rayon Mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olundu.