Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn BİLƏSUVARLILAR!
Qəhrəmanlar şəhəri Biləsuvarda hərbi-vətənpərvərlik hissi hər zaman yüksək olmuşdur. Xüsusən Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun igidlik yolunu davam etdirmək arzusu Biləsuvarlı gənclərin əksəriyyətini hərbi sahəyə yönəltmişdir. Biləsuvarlılar hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş səfərbərlik nəticəsində Biləsuvar rayonundan 850 nəfərdən artıq həmyerlilərimiz səfərbərliyə cəlb edilmiş və ya könüllü qoşulmuşdur.
Şəhid olanlar arasında əsgər və gizirlərlə yanaşı, polkovnik-leytenant,kapitan,baş leytenant və leytenant rütbələrində zabitlərimiz də var.
Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən,ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!