Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edən, könüllü qoşulan hərbi qulluqçuların ailələrinə dəstək aksiyası davam edir.

07 dekabr 2020 | 16:00

Biləsuvarda 27 sentyabr tarixdən başlanan Vətən müharibəsində iştirak edən, könüllü qoşulan hərbi qulluqçuların ailələrinə dəstək aksiyası davam edir.
Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü və bir çox  iş adamlarının, imkanlı şəxslərin,  xeyriyyəçilik əməlləri ilə məşğul olan insanların, rayon əhalisinin dəstəyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar elan olunmuş qismən səfərbərlik nəticəsində Vətən müharibəsində vuruşan hərbi qulluqçularımızın ailələrinə yardım kampaniyası davam edir.
Hazırda hərbi xidmətdə olan əsgərlərimizin, müharibə zamanı yaralanmış qazilərimizin və şəhidlərimizin  ailələri ilə görüşülərək onların qayğıları ilə maraqlanılır, aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılır.

Keçidlər