Biləsuvar rayonunda koronavirus infeksiyasına qarşı aparılan tədbirlər davam etdirilir.
Biləsuvar rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan tədbirlər mütəmadi olaraq davam etdirilir.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, sosial təcridin gücləndirilməsi, və qoruyucu vasitələrdən məcburi qaydada istifadəyə nəzarət məqsədilə rayonda fəaliyyət göstərən aidiyyəti təşkilatlarla birlikdə şəhərin ayrı-ayrı küçələrində, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət obyektlərində, apteklərdə, banklarda, ödəniş terminallarının önündə və digər yerlərdə əhali ilə söhbət zamanı vətəndaşlara Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin məcburi olduğu bildirilir və hər bir vətəndaşın yalnız maskalardan, digər qoruyucu vasitələrdən istifadə etməklə sosial məsafə saxlayaraq hərəkət etmələri bildirilir.
Reydlərlə yanaşı rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri və sakinlərin daha çox istifadə etdiyi digər yerlər kimyəvi vasitələrlə dezinfeksiya edilir.Əsasən insanların daha çox istifadə etdiyi yerlərə koronavirusdan mübarizəyə aid olan stikerlər yapışdırılır və təşviqa materialları paylanılır.
23 noyabrdan başlayaraq isə rayon ərazisində taksi fəaliyyəti göstərən avtomobillərdə sərnişinlərlə sürücü arasında qoruyucu rolu oynayan şəffaf arakəsmələr quraşdırılır.Hazırda 70-ə yaxın taksidə bu arakəsmələr quraşdırılmış və bu istiqamətdə işlər davam etdirilir.