Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.

06 mart 2014 | 16:00

05 mart 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Ağayrı kəndində  551  təsərrüfatda  2544  nəfər əhali yaşayır.Kənddə 1 tam orta, 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, uşaq bağçası, 1 kitabxana, 1 mədəniyyət evi,  poçt şöbəsi  fəaliyyət göstərir. Tədbirdə Ağayri  kənd İcra nümayəndəsi Azər Qədimov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat vermişdir.O, bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Ağayrı kəndində də müəyyən işlər görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə  yenidən tikilən on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun  inşaasına başlanılmışdır və hazırda sürətlə tikinti işləri aparılır.Yolun 2 km-lik hissəsi Ağayrı kəndindən keçir. Bundan əlavə kənd məktəbi üçün yeni bina inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhalini  təbii qazla təmin etmək məqsədilə kənd ərazisindən keçən əsas boru kəmərləri çəkilmişdir.Yaxın günlərdə evlərə qaz xəttinin çəkilişi işlərinə başlanılacaqdır.Kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
A.Qədimov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
          Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü sosial-iqtisadi inkişafı barədə  ətraflı məlumat verdi.O, qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır,  sahibkarlığın inkişafı dəstəklənir, yeni istehsal və emal müəssisələri yaradılır və nəticədə əhalinin fəaliyyəti üçün  iş yerləri yaradılır. Ağayrı kəndində də ötən dövrdə bir çox quruculuq  işləri aparılmışdır.Kəndə  yeni məktəb binası tikilmiş, təbii qaz çəkilir, kəndin mərkəzi yoluna asfalt örtük qoyulur, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir. Bütün bu inkişaf sonda  əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayri kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən 4 vətəndaşdan 3 müraciəti yerindəcə həll olundu, 1 nəfərin probleminin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər