Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həm əhali arasında maarifləndirmə işləri, həm də təxirəsalınmaz dezinfeksiya tədbirləri davam etdirilir.

29 oktyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar rayonunda mütəmadi olaraq həm əhali arasında maarifləndirmə işləri aparılır, həm də  təxirəsalınmaz dezinfeksiya tədbirləri  davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 30 nəfərdən ibarət  5 mobil qrup gündəlik olaraq fəaliyyət göstərir. Mobil qruplar rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, Polis şöbəsinin, ərazi icra nümayəndələrinin, bələdiyyələrin və digər aidiyyəti qurumların nümayəndələrindən təşkil olunmuşdur.Bu qruplardan əlavə rayonda fəaliyyət göstərən könüllülər də  aparılan işlərə geniş şəkildə cəlb olunmuşlar.
Oktyabr ayının 28-də növbəti dəfə rayonda  əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində, xidmət təşkilatlarının qarşısında sakinlərlə maarifləndirici söhbətlər aparılaraq, vətəndaşlara Operativ Qərargahın tələbləri izah edildi və qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı ara məsafəsi saxlamaları, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyyə olundu. Mobil qruplar tərəfindən  obyekt sahiblərinə müvafiq göstərişlər verildi.
Bundan əlavə şəhərin küçələrində, parklarda, yaşayış binalarının həyətlərində və ictimai nəqliyyat vasitələrində  növbəti dəfə dezinfeksiya tədbirləri aparıldı.
Könüllülər tərəfindən Insanların daha çox toplaşdığı ərazilərdə təbliğat xarakterli plakatlar vurularaq, bildirişlər paylanıldı.
Rayonda aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri  mütəmadi olaraq davam etdirilir  və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

 

 

 

 

 

 

 

 

Keçidlər