Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.

05 mart 2014 | 16:00

04 mart 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Amankənd  kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.Görüş yeni inşa olunmuş və 4 mart 2014-cü il tarixdə açılışı olan  Amankənd tam orta məktəbinin akt zalında keçirildi.
Amankənd kəndi rayonun cənub  istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Dəvrişli, Ağalıkənd, Ovçubərə kəndləri ilə  sərhəddir.Nümayəndəlikdə 810  təsərrüfat, 3800 nəfər əhali yaşayır. Amankənd kəndi üzrə 1 tam orta, 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, uşaq bağçası, elektrik yarımstansiya və yerli ATS  fəaliyyət göstərir. Tədbirdə Amankənd  kənd İcra nümayəndəsi Əlövsət Hüseynov  çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və  bildirmişdir ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti abadlıq  işlər görülmüş, tam məktəb üçün yeni bina inşa olunmuş, uzunluğu 3 km olan mərkəzi yol asfaltlaşdırılmış,”Modul” tipli sudurulducu qurğu inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları təmizlənmişdir. Amankənd kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.  Ə.Hüseynov Ölkə Prezidenti  cənab İlham Əliyevin respublikamızın bütün bölgələrinə, o cümlədən Amankənd kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
          Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Amankənd kənd sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən beş vətəndaşdan üçünün müraciəti yerindəcə həll olundu, iki nəfərin probleminin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər