Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə yubiley medalının təqdimatı oldu.

24 sentyabr 2020 | 16:00

24 sentyabr 2020 -ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  Müharibə, Əmək, Silahlı  Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranları Təşkilatı rayon şöbəsinin sədri  Məhərrəməli Kazımlını qəbul edərək ona  Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş yubiley medalını təqdim etdi. M.Kazımlı bu medalla Rusiya Federasiyasının Prezidenti  tərəfindən təltif olunmuşdur.Tədbirdə Faiq Qürbətov M. Kazımlının rayon ağsaqqalı və fəal ictimaiyyətçi kimi  rayonun ictimasi-siyasi həyatında səmərəli fəaliyyəti haqqında danışdı.M.Kazımlı rayon rəhbərliyinə ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdir.

Görüş  xüsusi  karantin şərtlərinin qaydalarına uyğun təşkil olunmuşdur.

Keçidlər