Biləsuvar rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın nöbəti iclası keçirildi.
24.09.2020-ci il tarixdə pandemiya şəraitinin qaydalarına uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın nöbəti iclası keçirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verdi. Bildirdi ki, 1-ci məsələ rayon əhalisinin içməli su təminatı ilə bağlı vəziyyəti, 2-ci məsələ Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə görülmüş işlər barədə məsələləri müzakirə edəcəyik.
Sonra gündəlikdə olan birinci məsələ barədə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənovun məruzəsi dinlənildi.
E.Həsənov rayon əhalisinin içməli su təminatı ilə bağlı vəziyyət barədə şura üzvlərinə məlumat verdi. O bildirdi ki, Araz çayında suyun səviyyəsinin aşağı düşməsi yay aylarında əhalinin içməli su təminatında bəzi çətinliklər yartsada operativ şəkildə görülən tədbirlər nəticəsində problem öz həllini tapmışdır. Hazırda içməli su ilə bağlı heç bir problem və çətinlik yoxdur.
Gündəlikdə olan ikinci məsələ barədə məruzə üçün söz başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovaya verildi
L. Yüzbaşova Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə görülmüş işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə, ticarət obyektlərində və ictimai nəqliyyatda mütəmadi olaraq dezinfeksiya işləri, sakinlərlə maarifləndirici söhbətlər aparılır. İctimai nəqliyyatda, qapalı məkanlarda, xüsusən ictimai iaşə obyektlərində tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı ara məsafəsi saxlamaları, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyyə olunur.
Çıxış edən şura üzvləri gündəlikdə duran məsələlərin vacibliyini bildirərək yaranmış problemlər və onların aradan qaldırılması istiqamətinə aparılan işlərdən danışdılar.
Sonda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov hər iki məsələni vacibliyini bir daha şura üzvlərinin nəzərinə çatdıraraq daima nəzarətdə saxlanılması ilə bağlı tapşırıq və tövsiyyələrini verdi