Biləsuvar rayonunda Amankənd tam orta məktəbi üçün inşa olunmuş yeni binanın açılışı olmuşdur.
04 mart 2014-cü il tarixdə rayonun 220 şagird yerlik Amankənd kənd tam orta məktəbi üçün inşa olunmuş yeni binanın açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə məktəbin girişində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış kompleksi ziyarət etdilər, tər çiçəklər qoydular.Sonra tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov əvvəlki məktəb binası barədə məlumat verərək bildirdi ki, 11 sinif komplektindən ibarət olan, 239 şagirdin təhsil aldığı bu tədris ocağı 1967- cu ildə tikilmiş və bu gunə kimi heç bir təmir işi aparılmadan istismar olunmuşdur.Son dövrlər binanın özülündə çökmələr yarandığı üçün bina qəzalı vəziyyətə düşmüş və bununda nəticəsində köhnə və primitiv şəkildə olan məktəbdə normal dərs prosesinin aparılması mümkünsüz olmuşdur.Cənab Prezidentimizin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün Amankənd tam orta məktəbi üçün müasir standartlara cavab verən yeni bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək kənddə tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda qlobal və əsaslı işlər aparılır.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Biz ölkə rəhbərinin dediyi kimi yaxın illər ərzində çalışacağıq ki, bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Müəllimlər gözəl binalarda işləsinlər, şagirdlər gözəl məktəblərdə dərs keçsinlər. Sizlərdən isə yalnız bir şey tələb olunur şagirlərə gözəl təhsil vermək və yeni tikilən bu tədris ocağını təmiz saxlamaq, onu qorumaq. Sonda kənd əhalisinə xeyir-duasını verdikdən sonra Mahir Quliyev məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.