Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclası keçirildi.

18 sentyabr 2020 | 16:00

17 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə keçirilən koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın pandemiya şəraitinin tələblərinə uyğun olaraq növbəti iclası keçirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və operativ qərargahın üzvlərinin iştirak etdiyi iclasda yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəblərdə  pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirilməsi, qapalı məkanlarda pandemiya şəraitinə uyğun qoruyucu vasitələrdən istifadəyə nəzarətin artırılması, dezinfeksiya işlərinin daha da sürətləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi məsələləri müzakirə olundu.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək məktəblərdə sosial məsafənin daim saxlanmsına, qoruyucu vasitələrdən istifadəyə ciddi diqqət yetirilməsini diqqətə çatdırdı. Rayon İcra hakimiyyətinin başçısı son günlər pandemiya ilə əlaqədar Operativ Qərargahın qəbul etdiyi yumşalmalardan  sui-istifadə edən vətəndaşlara qarşı tədbirlərin görülməsini diqqətə çatdıraraq rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, market və iaşə obyektlərində, ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməsinə və əhali arasında maarifləndirmə işlərinin bir daha gücləndirilməsini və zərurət yarandığı halda inzibati tədbirlərin  həyata keçirilməsini qərargah üzvlərinə bildirdi.
Gərargahın iclasında tədbirlər planında ayrı-ayrı sahələr üzrə icrası nəzərdə tutulan məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Keçidlər