Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalini narahat edən problemlər aradan qaldırılır.

17 sentyabr 2020 | 16:00

İcrasına 2011-ci ilin  sentyabrında başlanmış “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən Biləsuvar şəhərinə içməli su xətti çəkilərək 2013-cü ildə istifadəyə verilib.Şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə tam başa çatdırılmadığından uzun illər ərzində əhalinin ən çox narazılıq etdiyi sahələrdən biri olmuşdur. Ayrı-ayrı küçələrə çəkilmiş  yardımçı xətlərin bir çoxu magistral xətlə birləşdirilmədiyindən əhalinin qanunsuz olaraq bu xətlərə qoşulması ilə çirkab suları küçələrə axaraq infeksiya mənbələri yaradırdı.
Biləsuvar rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərsu ASC tərəfindən problemin aradan qaldırılması işlərinə başlanılmışdır.Hazırda yardımçı xətlərdə  yeni nasoslar quraşdırılır və yeraltı borular vasitəsilə magistral xəttə birləşdirilir. Nasosların axan çirkab suları magistral xəttə ötürməsi nəticəsində xətlərdə heç bir yığıntı yaranmayacaqdır.Qarşıdan yağışlı payızın gəlməsini nəzərə alaraq aparılan işlər daha da sürətləndirilib.

Keçidlər