Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla qəbul keçirildi.

01 mart 2014 | 16:00

28 fevral 2014-cü il tarixdə Biləsuvar  rayon İcra Hakimiyyətində fəaliyyət göstərən  operativ idarəetmə  mərkəzi  vasitəsilə rayonun 8 inzibati ərazi dairəsi (Biləsuvar şəhəri, Xırmandalı, Bağbanlar, Aşağı Cürəli, Amankənd, Ağalıkənd, Ağayrı, Nəsimi kəndləri) üzrə sakinlərlə qəbul keçirildi. Qəbulda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, İH Başçısının müavinləri, idarə, müəssisə, təşkilat rəhbərləri və KİV nümayəndələri iştirak  etdilər. Operativ  idarəetmə  mərkəzində keçirilən qəbulda   rayon sakinləri  İcra Hakimiyyətinin inzibati  binasına gəlmədən yaşadıqları icra nümayəndəliyində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa  müraciət edərək öz problemlərini bildirdilər.Qəbul zamanı Xırmandalı kəndindən 6 nəfər, Amankənd kəndindən 9 nəfər, Ağayrı kəndindən 1 nəfər, Aşağı Cürəli kəndindən 4 nəfər, Ağalıkənd kəndindən 3 nəfər olmaqla ümumilikdə 23 vətəndaşın müraciəti dinlənildi.Qaldırılan müraciətlər əsasən əkin sahələrinin suvarılmasında istifadə olunan baş suvarma kanallarının qazılması, şor kollektorlarının lildən təmizlənməsi, yeni yaşayış massivlərində olan nasaz elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi və məhəllədaxili yolların qum-çınqılla örtülməsi ilə bağlı olmuşdur. Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi. Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.
Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  tapşırığına əsasən rayonlarda yaradılan operativ  idarəetmə  mərkəzlərinin fəaliyyəti məhz vətəndaşların  maneəsiz, daha asanlıqla dövlət orqanlarına müraciət etmək  imkanlarının təmin olunmasına və onları narahat edən məsələlərin tez bir zamanda həll olunmasına  xidmət edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər