Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda içməli su probleminin həll olunması məqsədilə tədbirlər müəyyənləşdirildi.

07 sentyabr 2020 | 16:00

    Araz çayında son günlər suyun səviyyəsinin aşağı düşməsi səbəbindən rayonda əhalinin istər  içməli suya olan tələbatını, istərsə də əkin sahələrinin suvarılmasını təmin edən yeganə su mənbəyi olan Cənubi Muğan Kanalında da suyun səviyyəsi azalmışdır.Bu mövcud vəziyyəti araşdırmaq və müzakirə etmək məqsədilə 7 sentyabr 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı yanında bu sahəyə nəzarət edən aidiyyatı təşkilatlarla görüş keçirilmişdir. Rayonun kəndlərində  icməli su, həm də əkin sahələrinin suvarılmasında yaranacaq problemlərin həlli üçün qabaqlayıcı tədbirlərin görülməsi müəyyənləşdirilmişdir.İcra Hakimiyyətinin başçısının müavinləri, Suvarma və Sukanal idarələrinin, icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə yaradılmış işçi qrupuna tapşırılmışdır ki, kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə müşahidələr aparılsın, problemlər yaranarsa operativ şəkildə aradan qaldırılması istiqamətində tədbirlər görülsün.Ehtiyac yaranarsa qısa zaman ərzində sudurulducu bulaqlar fəaliyyət göstərən kəndlərdə anbarlar təmizlənmiş su ilə doldurulsun, digər kəndlərdə isə su maşınları vasitəsilə əhalinin tələbatı ödənilsin.

Keçidlər