Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Aşağı Cürəli kəndində şəhid Rəşad Mahmudovun ailəsini ziyarət etdi.

27 avqust 2020 | 16:00

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Aşağı Cürəli kəndində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovun ailəsini ziyarət edərək şəhidin anası ilə görüşüb və qayğıları ilə maraqlanıb.

Görüşdə bildirilib ki, Azərbaycan dövləti Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsini daim əziz tutur, hörmət və ehtiramla yad edir, ailələrinə diqqət və qayğı ilə yanaşır.Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanı heç zaman  yerdə qalmır, düşməndən amansız qisası alınır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əmin olduqlarını qeyd ediblər.
Qeyd edək ki, Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və Milli Orduda xidmətə başlayıb. İlk illərində Ağstafa, sonra isə Tovuz rayonları istiqamətindəki təmas xəttində xidmət edib.
Baş leytenant Rəşad Mahmudovun  bu il iyul ayının 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olmuş və doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

Keçidlər