Biləsuvar rayonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
26 fevral 2014-cü il tarixdə Biləsuvar rayon Mədəniyyət Evində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı etmişlər.Əvvəlcə Mədəniyyət evinin foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirilmiş sonra isə geniş yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım haqqında geniş danışaraq bildirdilər ki, bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. İştirakçılar qətliamı bir daha pislədilər və bu faciəyə ilk dəfə siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildiyini bildirdilər.Soyqırımın tanıdılması ilə bağlı bu gün də cənab Prezidentimizin tərəfindən mühüm addımlar atıldığı və təbliğat işlərinin aparıldığı qeyd olundu.
Tədbirdə rayon mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olundu.
Sonda Heydər Əliyev Parkında rayon gəncləri tərəfindən hazırlanmış “Xocalıya ədalət” başlıqlı flaşmob keçirildi.