Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Gənclər və İdman idarəsi YAP Biləsuvar rayon Təşkilatının Gənclər Birliyi ilə birlikdə “XX əsrin soyqırımı-Xocalı” mövzusunda dəyirmi masa keçirmişdir.

26 fevral 2014 | 16:00

25 fevral  2014-cü il tarixdə YAP Biləsuvar rayon  Təşkilatında Gənclər və İdman idarəsinin YAP Biləsuvar təşkilatı Gənclər birliyi ilə “XX əsrin soyqırımı-Xocalı” mövzusunda dəyirmi masa keçirilmişdir.Rayon gənclərinin iştirakı etdiyi tədbirdə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı ilə bağlı qısametrajlı filmə baxılmışdır.Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək  1992-ci ilin fevral ayının 26-da Xocalıda erməni və rus əsgərlərinin birgə dinc əhaliyə qarşı törətdiyi  dəhşətli  faciəli barədə ətraflı məlumat verdi. O, bildirdi ki, soyqırımı zamanı Xocalı sakinlərindən 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bu cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.Respublikamızda ilk dəfə bu hadisəyə qarşı ilk olaraq Ümummilli Liderimiz öz səsini ucaltdı və fəaliyyəti dövründə daima bu soyqırımın dünya birliyinə çatdırılması istiqamətində var qüvvəsi ilə mübarizə apardı.Prezidentimiz İlham Əliyev cənabları da fəaliyyəti boyu Xocalı soyqırımının dünyada tanınması üçün çox böyük işlər görür.Bu gün dünyada ikili standartlar mövcud olsa da lakin ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində artıq bir çox ölkələr bu cinayəti tanıyır və Xocalıda dinc əhaliyə qarşı törədilən bu vəhşiliklərə görə erməni qaniçənlərini lənətləyirlər.Biz gənclər də daima çalışmalıyıq ki hər hansı bir fəaliyyətlə məşğul olmaımızdan asılı olmayaraq xalqımızın başına gətirilən bu hadisələri unutmayaq və gələcək nəsillərə çatdıraq.
Tədbirdə digər çıxış edənlərdə Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bildirdilər və bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinin əhəmiyyətindən danışdılar.Bildirildi ki, hadisə bütün təfərrüatları ilə gələcək nəsillərə çatdırılmalıdır ki, bizim gələcək nəsillərimiz də bilsinlər ki, erməni vəhşiləri xalqımızın başına hansı müsibətləri gətirib.

Keçidlər