Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhidini torpağa tapşırıb

13 iyul 2020 | 16:00

Bu gün şəhid Mahmudov Rəşad Rəşid  oğlu doğulduğu Biləsuvar  rayonunun Aşağı Cürəli  kəndində torpağa tapşırılıb. Rayonun icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, həmçinin şəhidin ailә üzvlәri vә rayon sakinləri kənd qəbiristanlığında keçirilmiş dəfn mərasimində iştirak edib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən baş leytenant  Rəşad Rəşid oğlu Mahmudov  şəhidlik zirvәsinә ucalıb. Mahmudov Rəşad Rəşid  oğlu 02 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. C.Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra  təhsilini H.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirmişdir. Ali Hərbi təhsilini başa vurduqdan sonra leytinant rütbəsində “N” saylı hərbi hissədə xidmətə başlamışdır.
Allah şәhidlәrimizә rәhmәt elәsin!

Keçidlər