Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidentinin təşəbbüsləri dünya dövlətləri tərəfindən daim dəstəklənir.

29 iyun 2020 | 16:00

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü dünya dövlətləri tərəfindən çox böyük razılıqla qarşılanmışdır.Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını dəstəkləməsini dünya dövlətlərinin Azərbaycan olan etimad və hörmətinin göstəricisi kimi də qiymətləndirmək olar.
Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyevin bu müdrik təşəbbüsü dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizədə dünya dövlətlərinin birgə səylərinin son dərəcə vacibliyini ortaya qoyur.Çünki mövcud vəziyyət regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyinin gücləndirilməsini son dərəcə zəruri edir.
Azərbaycan Prezidentini belə bir nəcib və xeyirxah bir təşəbbüslə çıxış etməyə tüğyan edən pandemiyanın insanların həyatını təhlükə altında qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı sosial-iqtisadi və humanitar təhlükələr yaratmasıdır.Məhz belə bir dövrdə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Azərbaycan pandemiyaya qarşı mübarizədə də dünya dövlətlərinə də ilk gündən əsl nümunə göstərir.
Məhz Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr olunan Zirvə Görüşü keçirilmiş və bu tədbirdə beynəlxalq təşkilatların yüksək çinli nümayəndələrinin də iştirak etməsi mühüm hadisədir.Çünki tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyası təşkilatdır.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur.Bütün dünya COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu nəcib təşəbbüsə çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü tamamilə rüsvay etmiş və onsuz da olmayan nüfuzunu daha da itirmişdir.
COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəylik nümunəsi göstərilməsində Azərbaycan bütün dünya dövlətlərinin diqqət mərkəzindədir.Belə ki, Azərbaycan dövləti ilk olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardımlar göstərmişdir.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin də ümumi məsələsinə çevrilmişdir.
Ümid edirik ki, xüsusi sessiya tez bir zamanda keçirilməklə pandemiya kimi bəlaya qarşı mübarizədə dünya dövlətlərinin birgə səylərinin daha da gücləndirilməsinə səbəb olacaqdır.Artıq bütün dünya dərk edir ki, pandemiyaya qarşı mübarizə işində hamımız birlikdə daha güclüyük. 

 

Keçidlər