Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasını Gənc Könüllülərimiz davam etdirirlər.
24 iyun 2020 | 16:00
Biləsuvar rayonunda növbəti dəfə kampaniya çərçivəsində gənclərimiz merketlər qarşısında, küçələrdə vətəndaşlar arasında maarifləndirmə işləri apardı və bukletlər payladılar. Həmçinin "Dayanmadan çalışırıq", "Məsafə saxla", "Burada qaydalara riayət olunur" və s. kimi şüarlar olan stikerləri nəqiliyyat vasitələrinin və marketlərin şüşələrinə yapışdırıldı.
Qeyd edək ki, "Bir-birimizi qoruyaq" kampaniyası Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzi Könüllüləri tərəfindən davam etdirilir.