Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Gənclər və İdman Idarəsinin təşkilatçılığı ilə Xocalı soyqrımının 22-ci ildönümü ilə əlqədar ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi və şeir müsabiqəsi keçirilmişdir.

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə  rayon Gənclər və İdman Idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında  “Xocalıya  ədalət” kompaniyası çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımı gənclərin gözü ilə” adlı rəsm sərgisi və Heydər Əliyev mərkəzində “Xocalıya ədalət” adlı şeir müsabiqəsi  keçirilmişdir. Tədbirdə ümumtəhsil müəssisələrinin hər birindən 2 nəfər şagird olmaqla, 36 ümumtəhsil məktəbi,  Milli Qəhraman Mübariz İbrahimov adına  liseyi və  Biləsuvar Peşə liseyi olmaqla  74 nəfər məktəbli  iştirak etmişdir.İştirakçılar əvvəlcə Xocalı soyqırımından bəhs  edən qısametrajlı filmə baxmışlar.
   Tədbirdə  rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri Zaur Şahbazov, Ləman Yüzbaçova  və digərləri çıxış edərək 1992-ci ilin fevral ayının 26-da erməni və rus əsgərlərinin Xocalıda dinc əhalinin başına gətirdikləri vəhşiliklərdən danışmışlar və bu soyqırımın dünya ölkələrinə çatdırılması üçün cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlər barədə məktəblilərə məlumat vermişlər.Sonra məktəblərdən dəvət olunmuş şagirdlər Xocalı soyqırımı ilə bağlı  şeirlər söyləmişlər. Şəhər 2 saylı tam orta məktəbin şagirdləri Günay Rüstəmli birinci, Gülnar Urufova  II yerə,  Xırmandalı 1 saylı tam orta məktəbin şagirdi Zəhra Zeynalova III yerə layiq görülmüşlər.Qaliblərə Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər