Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır.

19 iyun 2020 | 16:00

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası onsuz da son dərəcə ağır bir durumda olan Ermənistanı böyük çətinliklərlə üz-üzə qoymuşdur.
Ölkənin Baş Naziri Nikol Paşinyanın səriştəsiz idarəetmə prinsipləri, baş verə biləcək hadisələri düzgün dərk edə bilməməsi və məntiqsiz davranışları Ermənistanın yuvarlandığı fəlakəti günbəgün dərinləşdirir.
Bu gün Azərbaycanın müstəqil bir dövlət kimi pandemiya ilə mübarizədə fəaliyyəti əksər dünya dövlətləri üçün nümunə olduğu halda, qonşu Ermənistanda vəziyyət tam əksinədir.
Beləki, Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşlılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.
2018-ci ilin may ayından küçə adamından Baş Nazir pilləsinə gəlib çıxmış Nikol Paşinyan öz ölkəsinin bütün cəhətlərdən  Azərbaycan qarşısındakı mövqelərinin zəif olduğunu anlayaraq Qarabağ probleminin həlli istiqamətində danışıqlar formatından imtinaya cəhd göstərməklə özünü daha çıxılmaz vəziyyətdə qoymuşdur.Paşinyan münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə bəyanatlar verməklə dünya siyasətçiləri və dövlətləri qarşısında mövqeyini daha da itirmişdir.Çünki Ermənistan rəhbərliyinin bu mövqeyi məqsədyönlü şəkildə bütün danışıqların əngəlləməsi və iflic halına salınmasına gətirib çıxarmaq cəhdindən başqa bir şey deyildir.Məhz Azərbaycan Prezidentinin müdrik və qətiyyətli addımları nəticəsində danışıqlar formatının dəyişdirilməsi barədə Ermənistan Baş Nazirinin yersiz tələb və iddialarına son qoyulur.
Bu, bir daha göstərir ki, Ermənistan və dünya ermənilərinin əzəli Azərbaycan torpaqları olan işğal olunmuş Dağlıq Qarabağın və həmçinin ətraf rayonların ilhaqına beynəlxalq dəstək qazanmaq üçün onilliklərdir həyata keçirdikləri təbliğatın tamamilə iflasa uğradığı göz önündədir.
Bu gün Ermənistanda vəziyyət sözün həqiqi mənasında ürəkaçan deyildir.İqtidar-müxalifət münasibətləri pik həddinə çatmışdır.Ölkə müxalifəti və Çiçəklənən Ermənistan Partiyası Ermənistan rəhbərliyini istefaya çağırır.N.Paşinyanın müxalifətin bu çağırışına sərt mövqeyi, onlara qarşı təzyiqlərə başlaması, mitinqlərin qarşısının güc yolu ilə alınması mövcud gərginliyi daha da artırmışdır.Əslində bu gün Ermənistan əsl vətəndaş müharibəsi şəraitindədir.Hər gün davam edən etiraz mitinqləri, kütlələrin istefa tələbləri onsuzda çökməkdə olan Ermənistan iqtisadiyyatını da pis vəziyyətə salmışdır.
Maraqlı cəhət Ermənistanda baş verən bu hadisələrə mövqeyini bildirmək əvəzinə həmişə vətəndaş azadlığından, demokratiyadan dəm vuran Qərbin susmasıdır.ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, Qərb ölkələrin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyibdir.
Bəli, bu, Qərbin ikili standartlarına cavab verən yeganə hal deyildir.
Populist çıxışları ilə tanınan uğursuz N.Paşinyan demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv hərəkətlərini daha da genişləndirir.Məqsəd isə N.Paşinyan hakimiyyətinin müddətini uzatmaqdır.Təsadüfi deyildir ki, baş verən son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı durmadan artır.
Azərbaycan Prezidentinin isə Dağlıq Qarabağ münaqişəsinin həllində qəti mövqeyi bu münaqişənin milli maraqlar çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradır.Azərbaycanın ərazi bötövlüyünü təmin edəcəyi gün isə uzaqda deyil.

Keçidlər