Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

15 iyun 2020 | 16:00

Azərbaycan xalqının tarixində ən möhtəşəm və tarixi əhəmiyyətli günlərdən biri də 15 iyun-Milli Qurtuluş Günüdür.
Məhz həmin gündən başlayaraq Azərbaycan xalqının uzun mübarizədən sonra böyük çətinliklərlə əldə etdiyi müstəqilliyin yenidən itirilməsi təhlükəsi aradan qalxmışdır.
Bu təhlükəni qətiyyətlə aradan qaldıran isə dahi Heydər Əliyev şəxsiyyəti, onun son dərəcə müdrik və uzaqgörən siyasəti idi.
Ulu Öndər Heydər Əliyevin  şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi idi.
Həmin dövr çox ziddiyyətli və təhlükəli idi.Azərbaycan müstəqilliyini demək olar ki, yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.Ölkə əslində idarə olunmurdu.Azərbaycanın müstəqilliyini qəbul etməyən, onun müstəqil bir dövlət kimi yaşamasının əleyhinə olan həm daxili, həm də xarici qüvvələr xüsusi fəallıq göstərərək ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdılar.
Həmin illərdə Azərbaycana rəhbərlik edən şəxslər əslində xalq qarşısında nüfuzunu itirmiş, baş verən hadisələri düzgün qiymətləndirməyi bacarmayan adamlar idi.
Cənubda separatçi Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı.
Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirərmək üçün Bakıya dğru hərəkət edirdi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləriilə qarşılaşmışdı.Azərbaycanın səriştəsiz rəhbərlərinin məsuliyyətsiz bəyanatları bir çox ölkələrlə münasibətləri hədsiz gərginləşdirmişdi.
Ancaq hər bir xalqın ən çətin günündə üz çevirdiyi, özünə arxa-dayaq hesab etdiyi lideri olur.
Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıqmissiyası verir, onlar xalqın inam və etimadlarını realllaşdırmağa nail olurlar.Çünki liderlik, məhz lazimi anda cəsarət nümayiş etdirmək bacarığıdır.
Azərbaycan xalqının da belə çətin məqamlarda ümid bəslədiyi, xilaskar rolunda gördüyü yeganə şəxsiyyət dünya şöhrətli lider Heydər Əliyev idi.
Xalqımız üzünü öz liderinə tutdu, onu köməyə səslədi, lider də xalqın çağırışına səs verdi, xilaskarlıq missiyasını üzərinə götürdü.
Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu.Ölkədə milli barış və inkişaf dövrü başladı.Tezliklə Dağlıq Qarabağda atəşkəs imzalandı.İqtisadi sahələri tənzimləyən qərarlar qəbul edildi, ordu quruculuğunun təməli qoyuldu.
Bəli, budur liderlik keyfiyyətləri.Qədirbilən Azərbaycan xalqı məhz 15 iyun tarixindən başlayaraq dahi lideri Heydər Əliyevi sanki yenidən kəşf etdi.
15 iyun- xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu gün də xalqımız Ulu Öndər Heydər Əliyev yadigarı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yollarında inamla irəliləyir.
Çünki Umummilli liderimizin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir,dönməzdir, əbədidir.Azərbaycan əbədi müstəqil bir dövlətdir.!”

Keçidlər