Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar Nümayəndəliyi Könüllüləri koronavirusla mübarizədə "Bir-birimizi qoruyaq" kampaniyasını davam etdirirlər.

09 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Könüllülər ili elan olunması Azərbaycan gəncliyinə verilən böyük dəyərdir. Dövlətimizin başçısı bu töhfə ilə Azərbaycanda faydalı bir layihənin, Könüllülər Hərəkatının başlamasına təşəbbüskarlıq etmişdir.
Bunun nəticəsidir ki, Gənclərin İnkişaf Və Karyera Mərkəzinin Azərbaycanın bütün rayonlarında nümayəndəlikləri vasitəsilə Könüllülər Hərəkatının bayrağını qürurla daşıyan gənclər ordusu fəaliyyət göstərir.
Hal-hazırda dövlətimizin dəstəyi ilə xalqımızın koronavirus pandemiyası ilə apardığı mübarizədə Könüllülər də yorulmadan fəaliyyət göstərməyə davam edirlər.
Hal-hazırda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" Kampaniyasına Gənclərin İnkişaf Və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi də qoşulmuşdur.
Bu kampaniya çərçivəsində gənclərimiz rayon ərazisində fəaliyyət göstərən müxtəlif bankların qarşısında, supermarketlərdə,  poçt məntəqəsinin qarşısında, parklarda, dayanacaqlarda, şəhər daxili avtobuslarda və digər özəl müəssisələrin xidmətlərindən istifadə edən vətəndaşların arasında maarifləndirmə işləri aparmış, "Sağlamlığın üçün məsafə saxla" devizi ilə 2 metr məsafəli sıra növbələrini təmin etmişlər.Rayon sakinləri Könüllülərimizin verdiyi dezinfeksiyaedici maddə ilə əllərini təmizlədikdən sonra, onlara əlcək və maska paylanılmışdır.
Ümumiyyətlə kampaniya çərçivəsində könüllülərimiz tərəfindən yüzlərlə rayon sakininə qoruyucu maska və əlcəklər paylanılmış, eyni zamanda sosial məsafənin saxlanılmasının nə qədər zəruri olduğu vurğulanmışdır.
Qeyd edək ki, "Bir-birimizi qoruyaq" kampaniyası Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzi Könüllüləri tərəfindən davam etdirilir.

Keçidlər