Biz əzəli və əbədi torpaqlarımız olan Qarabağımıza qayıdacağıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyun ayının 3-də Tərtər rayonuna tarixi səfəri zamanı Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı nitqində bir sıra tarixi faktlara əsaslanaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer vermişdir.Ermənistanın əsassız ərazi iddialarına və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yerləşdiyini bir daha diqqətə çatdırmışdır.
Prezident cənab İlham Əliyev demişdir ki, onlar bizim tarixi torpaqlarımızda yaşamalarına baxmayaraq, uzun illərdir ki, Azərbaycana, hətta qardaş Türkiyəyə qarşı əsassız ərazi iddiları irəli sürürlər.Bu tarixi hər kəs, xüsusilə gənc nəsil bilməlidir ki, indiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpaqlarıdır.
Prezident Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri, Ermənistanın terror dövlət olduğunu, faşistlərə abidə ucaltdıqlarını tarixi faktlarla bəyan edərək göstərmişdir ki, tarixi ədalət bizim tərəfimizdədir, əksər dünya dövlətləri də bizim mövqeyimizi dəstəkləyir.
Dövlət başçısı hər bir Azərbaycan vətəndaşından, xüsusilə gənclərdən daha fəal olmalarını, hücum diplomatiyası aparılmasınınzəruriliyini qeyd etmişdir.
Azərbaycan Prezidentinin bu əsassız münaqişə ilə bağlı mövqeyi xalqımız tərəfindən dərin razılıqla qarşılanır.Bu ilin fevral ayının15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələri zamanı səsələndirdiyi fikirlər onun dəyişməz mövqeyinin göstəricisidir.”Erməni xalqı öz müqəddaratını təyin edib.Onların erməni dövləti var.Mənim məsləhətim belə olacaqdır ki, onlar ikinci dəfə öz müqəddaratlarını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!...”
Prezident mart ayında Dağlıq Qarabağda keçirilən saxta Prezident və parlament seçkilərini şou adlandırmışdır.Prezident həmçinin həmin seçkilərin nəticələrinin heç bir dövlət tərəfindən tanınmadığını bildirməklə, hələ də bu seçkilərə münasibətini bildirməyən Avropa Şurası Parlament Assambleyasını sərt tənqid edərək onun son zamanlar tamamilə nüfuzdan düşən bir quruma çevrildiyini qeyd etmişdir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən və pandemiya dövrünü əhatə edən aprel və may aylarında Türk Şurasının və Qoşulmama hərəkatının fövqəladə zirvə görüşündə də Azərbaycanın müstəqillik illərində kifayət qədər uğurlar qazanması , dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı mübarizəyə Azərbaycanın əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd edilmişdir.
Dövlət başçısının Tərtərə tarixi səfəri zamanı hadisələrə sərt qiymət verməsi bir daha təsdiqləyir ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik.Qarabağ azad olunacaq.Bu, düşmən ölkəyə Azərbaycanın son xəbərdarlığı kimi qəbul olunmalıdır.Çünki Azərbaycanın qısa zamanda ərazilərini işğaldan azad etməyə qadir güclü və yenilməz ordusu var. Aprel münaqişəsindən hələ də özünə gələ bilməyən mənfur qonşularımız üçün bu, bir dərs olmalıdır.
“Qarabağ Azərbaycandır və nida işarəsi”çağırışı özündə böyük ruh yüksəkliyi ehtiva edir, hər bir Azərbaycan vətəndaşını torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə səsləyir, onların qəlbində Vətən, torpaq sevgisini alovlandırır.Bütün Biləsuvarlılar da dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin bu qətiyyətli mövqeyini daim dəstəkləyir və həmrəyliklərini ifadə edirlər.