Ölkə başçısı tərəfindən iqtisadi fəaliyyət sahələrində şəffaflığın təminatı dövlət-vətəndaş həmrəyliyinin təntənəsidir.
Prezident cənab İlham Əliyev tərəfindən son aylarda ölkədə qayğıya xüsusi ehtiyacı olan təbəqənin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan humanist addımlar dövlət-vətəndaş həmrəyliyinin ən bariz nümunəsidir.Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır.Prezidentimizin bütün fəaliyyəti xalqın sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətindəardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinəvə rəqabət mühitinindaha da yaxşılaşmasınamühüm əsaslar yaratmışdır.
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlümexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur.Bununla dadövlət-biznes münasibətləridaha sağlam əsaslar üzərində qurulmuş,bütün sahələrdəmaliyyə intizamı yaxşılaşmışdır.
Statistik məlumatlara görə,2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neftsektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir.
Buna paralel olaraqəmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəlsektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıistiqamətindəməqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin“Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu.
Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
İqtisadi fəaliyyət sahələrində dövlət-vtəndaş həmrəyliyinin möhkəmlənməsinin əsasında dövlət başçısının hər bir məmurdan tələb etdiyi “dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət” kimi iş prinsipləri dayanır.Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkədə korrupsiyaya qarşı atılan mühüm addımlar dövlətimizin müstəqilliyinin daha da gücləndirilməsinə, dayanıqlığın möhkəmələnməsinə xidmət göstərməklə, eyni zamanda ölkə əhalisi tərəfindən dərin razılıq hissi ilə qarşılanır, dövlət-vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsində mühüm rol oynayır.
Pandemiya dövründə əhalinin sağlamlığının qorunması, vətəndaşların bu xəstəlikdən etibarlı müdafiəsini təşkil etmək üçün həyata keçirilən təcili və qabaqlayıcı tədbirlər ölkə ictimaiyyəti ilə yanaşı, bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbətlə qarşılanır.
Eyni zamanda dövlət başçısı sahibkarlardan və vətəndaşlardan da tam şəffaf fəaliyyət göstərməyi tələb edir.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.