Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda könüllülük hərəkatı aydan-aya təkmilləşir.

20 may 2020 | 16:00

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi aksiyalar çərçivəsində könüllülər ehtiyacı olan şəxslərin həyatı üçün pandemiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına töhfə verirlər.İllərin sınağından çıxan könüllülük hərəktı artıq ölkəmizdə bir fəaliyyət sahəsi kimi deyil, gənclərimizin həyat tərzi, cəmiyyətdə önməli rolu ilə seçilən ümummilli hərəkat kimi özünü bir daha təsdiq etdi.Pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində, aksiyalarda gənclərin könüllülük hərəkatı bu gün əsl Dost örnəyi göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinvə Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq respublikanın bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da könüllülər hərəkatı geniş vüsət alır.Hazırda rayon üzrə 150-dən artıq  gənclər könüllülük fəaliyyətinə qoşulmuşdur.
Dünyanı bürüyən Koronavirus pandemiyası ilə mübarizə tədbirlərində Biləsuvarlı könüllər də yaxından iştirak edirlər.Rayonda karantin dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlər gənc könüllülər də yaxından cəlb olunmuşdur.
Könüllülər əhali arasında aparılan maarifləndirmə tədbirlərində daha çox fərqlənirlər.Könüllülər tərəfindən ahıl, tənha, yaşlı adamlara, xüsusilə 65 yaşdan yuxarı sakinlərə evlərində baş çəkilir, onlara zəruri köməkliklər göstərilir, karantin qaydaları barədə ətraflı izahat verilir.
Pandemiyaya qarşı mübarizəyə qoşulan 150-yə yaxın könüllülər yeniyetmə gənclər arasında daha geniş maarifləndirmə işləri aparırlar.
Karantin dövründə Heydər Əliyev Fondu, həmkarlar təşkilatları, imkanlı şəxslər tərəfindən aztəminatlı ailələrə, himayəsində 18 yaşa qədər əlil uşağı olan ailələrə, tənha və kimsəsizlərə, ailə başçısını itirən ailələrə könüllülərin yaxından iştirakı ilə ərzaq yardımları paylanmışdır.
Pandemiya ilə mübarizədə könüllülər öz fəaliyyətini davam etdirirlər.

Keçidlər