Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağalı  kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Yuxarı Ağalı kəndi rayonun cənub  istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Muğan, Ağalıkənd, kəndləri ilə və İran Islam Respublikası ilə sərhəddir.Nümayəndəlikdə 185  təsərrüfat, 950 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 350 hektardır. Yuxarı Ağalı  kəndi üzrə 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 klub, baytarlıq məntəqəsi və yerli ATS  fəaliyyət göstərir. Tədbirdə Yuxarı Ağalı  kənd İcra nümayəndəsi Məhəmməd Fətəliyev çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və  bildirmişdir ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti  işlər görülmüş, yeni Tibb məntəqəsi, Baytarlıq məntəqəsi tikilmiş, AzKİL qeyri hökumət təşkilatının kənd bələdiyyəsi ilə birgə layihəsi əsasında kənddaxili 4.5 km yola qum-çınqıl örtük salınmış, yem sexi tikilərək istifadəyə verilmişdir. Biləsuvar-İran İslam Respublikasına gedən magistral avtomobil yolunun 2.5 km hissəsi kəndin daxilindən keçir və bu avtomobil yolu yenidən tikilmişdir. Bundan əlavə kənddə zəruri ehtiyac olan hissələrdə elektrik dirəkləri və naqillər dəyişdirilmiş,kəndin mərkəzində 1 hektar ərazidə park salınmış, əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.Əhalinin əkin sahələrinə gedişini təmin edən 16 metr uzunluqda körpü sökülərək yenidən tikilmişdir.Əhalini  təbii qazla təmin etmək məqsədilə kənd ərazisindən keçən əsas boru kəmərləri çəkilmişdir.Yaxın günlərdə küçə qaz xətlərinin çəkilişinə başlanılacaqdır. Kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
M.Fətəliyev Ölkə Prezidenti  cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Yuxarı Ağalı kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
          Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Ağalı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən dörd vətəndaşdan üçünün müraciəti yerindəcə həll olundu, bir nəfərin probleminin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər