Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar könüllüləri pandemiyaya qarşı mübarizənin ön sıralarındadır.

19 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
     Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
    AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq bütün respublikamızda olduğu kimi Biləsuvar rayonunda da könüllülər hərəkatı öz fəaliyyətini aydan –aya təkmilləşdirir.
Rayonda Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyəti geniş təşviq edilir, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq müntəzəm tədbirlər həyata keçirilir.
Yüksək intizamlılığı, ünsiyyətçilliliyi, operativliyi, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq və kompyuter bacarıqları olan 100-ə yaxın gənc könüllülük fəaliyyətinə cəlb olunmuşdur.
Məlum olduğu kimi dünyada tüğyan edən COVİD-19 virusunun yayılmasının qarşısının alınmasında da təxirəsaslınmaz tədbirlər həyata keçirilir.Bu xüsusda Biləsuvar rayonunda da pandemiya ilə mübarizədə 150-yə yaxın gənc yaxından iştirak etmişdir.
Gənclərin koronavirus pandemiyasından qorunması üçün sosial izolyasiyasını təmin etmək məqsədilə keçirilən "Onlayn Kitabxana" layihəsinə  könüllülər də  qoşulmuş,   50 kitab gənclərimizə    onlayn  formada təqdim edilib, karantin müddətində   vaxtlarını səmərəli təşkil etmələrinə imkan yaradılıb.
       Hal-hazırda xüsusi karantin dövründə  gənc könüllülər  tibbi-sanitariya qaydalarına əməl etməklə   Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı “Könüllü Qonşu”,“Böyüklərimizi qoruyaq” aksiyasını davam etdirirlər. Könüllülər karantin qaydalarına görə evdən çıxa bilməyən yaşlılara,xüsusilə 65 yaşdan yuxarı sakinlərə, xəstələrə, fiziki məhdudiyyəti olan şəxslərə ərzaq və ya dərman almaqda köməklik göstərirlər.Könüllülər karantin dövründə əhali arasında geniş gigiyena və sosial məsafə mövzusunda maarifləndirmə işləri aparır, zəruri olan tibbi vasitələrin-əlcək, maskaların paylanmasında kömək edirlər.Pandemiya ilə mübarizədə Biləsuvar könüllüləri öz fəaliyyətini davam etdirirlər.

Keçidlər