Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşünə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İcra Hakimiyyəti orqanlarında korrupsiya hallarının aradan qaldırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.
Azərbaycanın müstəqil bir dövlət kimi Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunması və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının növbəti zirvə görüşünün respublikamızda keçirilməsi, Azərbaycanın ona sədrlik etməsi ölkəmizə və Prezidentimizə olan inam və etimadın yüksək göstəricisidir.
2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının bütün dünyanı bürümüş koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsi ilə zirvə görüşünün məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi, həmin görüşdə dövlət başçımızın dərin məzmunlu nitqi böyük razılıqla qarşılanmışdır.Zirvə görüşündə qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə dövlət başçımıza təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.Dünyanı bürümüş ağır pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının üzvləri olan 40-a yaxın dövlətlərin bir araya toplanması, pandemiyaya qarşı mübarizədə geniş fikir mübadiləsi aparılması, həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilmişdir.
Azərbaycan Prezidentinin koronavirus təhlükəsinin ilk günlərindən etibarən həmrəylik çağırışlarına yüksək dəstək verməsi, bu ağır pandemiyaya qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırması qürurverici haldır.Bunlar göstərir ki, Azərbaycan Prezidenti bu humanist addımı ilə təkcə öz xalqının deyil, eyni zamanda bütün dünya xalqlarının sağlamlıqlarına öz töhfəsini verir.Azərbaycan Prezidentinin belə müdrik və qətiyyətli addımları ölkəmizin dünya miqyasında nüfuzunun daim artmasında mühüm rol oynayır.Təsadüfi deyil ki, hazırda bir çox dünya dövlətləri koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan nümunəsindən istifadə edirlər.Koronavirus pandemiyasına qarşı mübarizənin səmərəli təşkili, Azərbaycanın bu pandemiyadan minimum itkilərlə çıxması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək dərəcədə təqdir edilir.Çünki Azərbaycan dünya birliyinin məsuliyyətli və nüfuzlu üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfələr verir.
Son günlər ölkəmizdə rüşvət və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirləri razılıqla qarşılanır. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.Dövlət başçısı tərəfindən verilən tapşırıqlardan düzgün nəticə çıxarmayan, növbəti məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluq hallarının növbəti dəfə İmişli rayon İcra Hakimiyyətində baş verməsi, aşkarlanmış korrupsiya halları ilə əlaqədar həbs olunmuş dövlət məmurlarının hərəkətləri qətiyyətlə pislənilir, bu hallar dövlətçiliyimizə və xalqa xəyanət kimi qiymətləndirilir.
Ölkə başçısı Cənab İlham Əliyevin 2019-cu ilin sonlarından başlayaraq apardığı islahatlar, o cümlədən kadr islahatları vətəndaş məmnunluğunun təmin olunmasına vətəndaş-məmur münasibətlərində neqativ halların təkrarlanmamasına , dövlət qulluqçularının şəffaf fəaliyyətinə, qanunazid əməllərin aradan qaldırılmasına, rüşvətxorluq və korrupsiya hallarının qarşı mübarizənin gücləndirilməsinə yönəldilmişdir.
Rayonda fəaliyyət göstərən dövlət qulluqçuları da Ölkə başçısının bu iradəsini ürəkdən bəyəndiklərini, xalq-iqtidar birliyinin daha da  möhkəmləndirilməsinə inamlarını ifadə edirlər.

Keçidlər