“Qan ver, yaşat!” təşəbbüsünə qoşulan Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirildi.
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulan Biləsuvar rayonunda 2 may 2020-ci il tarixdə qanvermə aksiyası keçirildi.
Biləsuvar rayon Mərkəzi xəstəxanasında rayon İcra Hakimiyyətinin və Respublika Mərkəzi Qan Bankının Lənkaran bölməsinin təşkilatçılığı ilə karantin qaydalarına uyğun təşkil olunan aksiyada İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edib. Aksiyada Respublika Mərkəzi Qan Bankının Lənkaran bölməsinin tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən 30 nəfər donordan qan götürüldü.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.