Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə yardımlar edilir.

06 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Biləsuvar  Rayon İcra Hakimiyyəti  rayonun  şəhər və kəndlərində  yaşayan  tənha  və kimsəsiz insanların,  aztəminatlı ailələrin evlərinə baş çəkir,  onlara zəruri  ərzaq yardımları edilir.
Yardım aksiyası Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin rəhbərliyi ilə aparatın məsul əməkdaşları tərəfindən həyata keçirilir.
Rayon icra Hakimiyyəti tərəfindən bu qəbildən olan vətəndaşlar daim diqqət mərkəzində saxlanılmaqla karantin müddəti bitənədək zəruri ehtiyacları ödəniləcəkdir.
Rayonda yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı dəqiqləşdirilərək, onlarla fərdi söhbətlər  aparılır, şəxsi gigiyena qaydalarına diqqət yetirmələrinin vacibliyi tövsiyyə olunur. Eyni zamanda imtiyazlı, yaşı 65-dən yuxarı olan tənha-xəstə vətəndaşlara dövlət tərəfindən pulsuz ayrılmış dərmanlar paylanılır. Vətəndaşlarla  maarifləndirici söhbət aparan rayon İcra Hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını onlara bir daha xatırladaraq qaydalara əməl olunmasının vacibliyini bildirirlər. Vətəndaşlara rayonda Koronavirusa Qarşı Mübarizə Qərargahının fəaliyyət göstərdiyi və  ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlanılması tövsiyyə olunur.
Biləsuvar rayon İcra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilməklə yanaşı, əhali arasında maarifləndirici izahat işləri daha da genişləndirilir, yaşayış məntəqələrinin dezinfeksiyası və digər zəruri tədbirləri mütəmadi olaraq həyata keçirilir.

Keçidlər