Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərslər keçirilir.
03 fevral 2014-cü il tarixdən başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır.
Dərslərin keçirilməsi ilə bağlı tövsiyyələr və tezislər hazırlanaraq təhsil şöbəsinə göndərilmiş və nəzərdə tutulmuşdur ki, hər mövzuya 2 saat ayrılmaqla dərslər fevral-may aylarını əhatə etsin.Rayon üzrə seçilmiş 7 nəfər tarix müəlliminin tədris etdiyi dərslərdə rayonun 26 tam orta məktəbindən 929 nəfər XI sinif şagirdi iştirak edir.Bu məqsədlə rayon Təhsil şöbəsi tərəfindən müvafiq qrafik hazırlanmış və məktəblər üzrə dərs saatları və günləri müəyyənləşdirilmişdir.Dərslərin yüksək səviyyədə keçirilməsinə rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur və əməli köməkliklər göstərilir.