Şriftin ölçüsü :

Saytın rəngi :

8 iuyl 2026-cı ildə Biləsuvar Rayon Ağsaqqallar Şurasının növbəti hesabat iclası keçirilib.

08 iyul 2026 | 16:30

Biləsuvar Rayon Ağsaqqallar Şurasının 8 iyul tarixində Heydər Əliyev Mərkəzində keçirilən hesabat iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hesabat iclasında çıxış edən Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov iştirakçıları salamlayaraq ötən dövr ərzində şuranın fəaliyyəti barədə hesabat xarakterli məruzə edib.

Akif Kazımov çıxışında qeyd etmişdir ki, müasir cəmiyyətimizdə yeni nəslin tərbiyyəsi və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz və istiqamətverici rol oynayır. Rayonumuzda yaşı yetmişi ötən və yaşadıqları illərin arxasında böyük bir həyat təcrübəsi, gördükləri işlər və yaratdıqları dayanan böyük bir ağsaqqallar qüvvəsi vardır. Məhz bu qüvvə ilə böyüməkdə olan nəslə düzgün tövsiyələr verir, Şura vasitəsilə gənclərlə dialoqlar və maarifləndirici tədbirlər təşkil edilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək rayonun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov iclasda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.

A.Məhərrəmov ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb və Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən söz açıb.

Çıxış edənlər ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırıblar.

 

Keçidlər