Biləsuvarda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir və əhali arasında maarifləndirmə aparılır.
Koronavirus epidemiya ilə bağlı Biləsuvar rayonunda da tibbi-proflaktik vəziyyətə nəzarət daha da gücləndirilir və mütəmadi olaraq dezinfeksiya işləri aparılır. 1 aprel 2020-ci il tarixə rayonda 302.5 min kv.m. ərazidə dezinfeksiya işləri aparılmışdır.Bundan əlavə koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir. Əhaliyə zəruri ehtiyacları olmadığı halda küçəyə çıxmamaları tapşırılmaqla onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici məlumatlar verilir. Vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etmələri və özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.Əhali ilə aparılan tədbirlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar verildi və tibbi spirt məhlulu paylanıldı.
Hazırda bu tədbirlər rayonun bütün yaşayış məntəqələrində davam etdirilir.