8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Biləsuvarda şəhid anaları ziyarət olundu.
07 mart 2020-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Biləsuvar rayon İcra Hakimiyyəti, YAP Biləsuvar rayon təşkilatı və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları bir qrup şəhid analarını və Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanım ibrahimovanı ziyarət edərək onların bayramlarını təbrik etmişlər.
Görüşdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman xanım Yüzbaşova iştirak etmiş, torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman övladların ana və bacılarını bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını bildirmişdir.
Sonra Biləsuvar rayonunun ən yaşlı sakini 103 yaşlı Xurma Zəki qızı Əliyevaya baş çəkilmiş və Xurma xanımın 8 Mart Qadınlar bayramı təbrik edilərək ona can sağlığı, uzun ömür arzulamışlar.
Göstərilən qayğı və diqqətə görə şəhid ailəsinin üzvləri və 103 yaşlı Xurma Əliyeva dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildirərək, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərə görə minnətdarlığını bildirmişlər.