Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.

04 mart 2020 | 16:00

4 mart  2020-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.
Əliabad kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə  1480 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 1856 hektardır.Əliabad  kəndində tam orta məktəb, uşaq bağçası,  tibb məntəqəsi, kitabxana, Modul sudurulducu qurğu  fəaliyyət göstərir.
Tədbirdə Əlabad  kənd İcra nümayəndəsi Telman Əliyev çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışaraq  bildirdi ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti  işlər görülmüş, Azərbaycanın Milli Qəhramanı M.İbrahimovun ev muzeyi inşa olunmuş, orta məktəbin binası əsaslı təmir edilmiş, kənddə sudurulducu qurğu tikilmiş, 2 km uzunluğunda olan mərkəzi küçəyə yenidən əsaslı şəkildə təmir olunmuşdur. Hazırda kənddə Heydər Əliyev Fondu tərəfindən 40 yerlik uşaq bağçasının inşaasına başlanılmışdır. Bundan əlavə əkin sahələrindəki  şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
T.Əliyev Ölkə Prezidenti  cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Əliabad kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Əliabad kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.

Keçidlər