Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

27 fevral 2020 | 16:00

27 fevral  2020-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd  sakinləri iştirak etdi.
Tədbirdə Nərimankənd  kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, ötən səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan 5 məsələnin hamısı həll edilmişdir.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün  minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı.Bildirdi ki, rayonumuzda əhalinin rifah halının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi üçün əsasən kənd təsərrüfatı daha da inkişaf etdirilməlidir. Nərimankənd kəndi də rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
M.Quliyev bildirdi ki, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş, o cümlədən minimum əmək haqlarının və pensiyaların  artırılması istiqamətində  Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bir daha göstərir ki, əhalinin sosial müdafiəsi və rifah halının yüksəldilməsi öklə başçısının daim diqqət mərkəzindədir.
Görüşü zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər