Biləsuvar Rəsm Qalereyasında Xocalı soyqrımının 22-ci ildönümü ilə əlqədar ümumtəhsil məktəbləri şagirdlərinin rəsm sərgisi keçirilmişdir.
22 fevral 2014-cü il tarixdə Biləsuvar rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayon Rəsm Qalereyasında Xocalı soyqrımının 22-ci ildönümü ilə əlqədar ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir. Sərgidə Xocalı faciəsini əks etdirən 60 şagirdin çəkdiyi rəsmlər nümayiş olunmuşdur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova, ümumtəhsil məktəblərinin nümayəndələri, gənc rəssamlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.Tədbirdə Xəyalə xanım Qəmbərova çıxış edərək bildirdi ki, 1992-ci ilin fevral ayının 26-da erməni və rus əsgərləri Xocalıda dinc əhaliyə qarşı dəhşətli və faciəli bir soyqırım həyata keçirmişlər.Soyqırımı zamanı Xocalı sakinlərindən 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.X.Qəmbərova bu faciəyə ilk dəfə siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildiyini bildirdi və bu gundə bu istiqamətdə cənab prezidentimizin apardığı işləri qeyd etdi.O, bildirdi ki, bu məqsədlə 13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq Sərəncamı da imzalanmışdır.
Tədbirdə digər çıxış edənlərdə Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bildirdilər və bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinin əhəmiyyətindən danışdılar.Bildirildi ki, hadisə bütün təfərrüatları ilə gələcək nəsillərə çatdırılmalıdır ki, bizim gələcək nəsillərimiz də bilsinlər ki, erməni vəhşiləri xalqımızın başına hansı müsibətləri gətirib.
Sonra uşaqların faciəyə necə yanaşmasını əks etdirən sərgiyə baxış keçirildi.