Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” növzusunda konfrans keçirildi.

18 fevral 2020 | 16:00

18 fevral 2020-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” növzusunda konfrans keçirilmişdir.
Konfransda rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin şöbə müdiri Cahandar Əlifzadə, rayonun məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat Bilgisi” fənnini tədris edən müəllimlər iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı  rayonda dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülmüş işlər barədə  ətraflı məlumat verdi.
Sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək  dini ekstermizm və radikalizmlə ideoloji müstəvidə mübarizənin daha effektli aparılması, müxtəlif dini konfessiyaların qarşılıqlı hörmət yaşadığı cəmiyyətimizdə dini təhsil, dini tərbiyə və dönyəviliklə bağlı fikirlərini iştirakçılara çatdırdı.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər