Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

17 fevral 2020 | 16:00

17 fevral 2020-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 2019-cu ilin  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
İştirakçılar Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdən əvvəl yığıncaq iştirakçıları  rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi.
Tədbirdə Biləsuvar rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən 2019-cu ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, 2019-cu ildə  rayon üzrə ümumi daxili məhsul buraxılışı 425 milyon 400 min manat təşkil etmişdir. Bundan 100 milyon 273 min manatı sənayenin ,128 milyon 185 min manatı kənd təsərrüfatının,102 milyon 282 min manatı tikintinin, 90 milyon 680 min manatı isə ticarət xidmətlərinin payına düşüb.
2019-cu ildə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81km)- Biləsuvar avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılmışdır. Bu yolda yolun hərəkət zolağı genişləndirilməklə  2 qat asfalt-beton örtük qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2019-cu il tarixli Sərəncamı ilə Biləsuvar-Bəhrəmtəpə (56-cı km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 5,6 milyon manat vəsait ayrılmışdır. “Azərbaycan Respublikası regionlarının sosial –iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş uzunluğu 13,2 km olan bu yolda asfaltbeton örtüyün tikintisi başa çatdırılmışdır.Şəhər ərazisində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə düşmüş 7,0 km yol yenidən asfaltlaşdırılmış, 16 küçədə 10,5 km uzunluğunda   çınqıl-qum qarışığı ilə əsaslı təmir işləri aparılmışdır.Uzunluğu 60,0 km Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tikinti işlərinə başlanılmışdır. Xırmandalı kəndində 40 yerlik uşaq bağçası, şəhərin Heydər Əliyev küçəsində 4 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilərək istifadəyə verilmişdir. Daxili imkanlar hesabına rayonun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev-Muzeyi tikilmiş, ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Ötən il 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Biləsuvarlı hərbiçilərin şərəfinə ucaldılmış “Zəfərə aparan yol”- “Lələtəpə” xatirə abidəsinin açılışı ilə əlamətdar olmuşdur.
2019-cu ildə həmçinin rayonun Əliabad kəndində Heydər Əliyev Fondu tərəfindən  40 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə  başlanılmışdır.
Əhalinin dayanıqlı və fasiləsiz elektirik enerjisi ilə təmin olunması məqsədilə 2019-cu ildə rayonda 18,5km SİP kabeli cəkilmiş, 61 ədəd transformator cari, 14 ədəd transformator isə əsaslı təmir olunmuşdur.Səmədabad kəndində gücü 60 meqavat olan elektrik yarımstansiyası tikilərək istifadəyə verilmişdir. Əhalinin təbii qaza olan təlabatının yaxşılaşdırılması məqsədi ilə şəhər ərazisində və kəndlərin genişlənən hissələrində qaz cəkilişi işləri aparılmış, mövcud olan 26 yaşayış məntəqəsinin əsas hissələri təbii qazla tam təmin olunmuşdur. Xırmandalı kəndində yeni yaşayış massivində 340 abunəçisi olan məhəllənin qaz xəttinin açılışı olmuşdur.
2019 cu ildə rayonda vətəndaşların öz vəsaiti hesabına ümumi dəyəri 4 milyon 657 min manat olan 176 fərdi yaşayış  evi tikilmişdir.
Hazırda rayonda illik istehsal gücü 15 min ton olan  “MKT İK” MMC, istehsal gücü 10 min ton olan “Azərpambıq” MMC olmaqla iki emal müəssisəsi və  “P-Agro” MMC fəaliyyət göstərir. “P-Agro” MMC üçün pambıq emalı zavodunun tikintisi məqsədi ilə 6 ha torpaq sahəsi ayrılmış, günlük istehsal gücü 80-120 ton olan pambıq emalı zavodunun tikinti işlərinə yaxın günlərdə  başlanılacaqdır.
Ötən il rayonumuzda 10257,7 hektarda pambıq əkilmişdir ki,  bunun da  4183.6 hektarı “MKT İK” MMC, 4067.1 hektarı “Azərpambıq” MMC, 2007 hektarı “P-Aqro” MMC tərəfindən həyata keçirilmişdir.Sahələrdən 29,9 sentner olmaqla 30706,58 ton məhsul tədarük edilmişdir. Pambığın əkilməsi, becərilməsi və yığılması işlərinə 11 mindən çox işçi qüvvəsi cəlb edilmiş, onların ailə büdcələrinə 23 milyon 29 min 500 manat vəsait daxil olmuşdur.
Aqroparkların yaradılması istiqamətində aparılan işlər aqrar sahənin inkişafında öz əhəmiyyətini göstərməkdədir. Hazırda Biləsuvar rayonunda fəaliyyət göstərən “Yaşıl Ada”, “Green farms” və “RULEX” aqroparkları bunun bariz nümunəsidir.
Aqropark “RULEX” MMC-nin Biləsuvar təsərrüfat sahəsində əkinçiliklə yanaşı  500 başlıq heyvandarlıq kompleksinin yaradılması planlaşdırılır.
“Muğan düyü” MMC-nin Biləsuvar təsərrüfat  sahəsi tərəfindən 2019-cu ildə 725 ha sahədə çəltik əkilmiş və 5 ədəd çəltik anbarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Ötən il rayon üzrə 13738 hektardan  43932 ton buğda, 16456 hektardan isə 50290 ton arpa  məhsulu toplanılmışdır. 2019-cu ildə payızlıq dənli bitkilər üzrə orta məhsuldarlıq 31,2 sentner olmuş, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 3,3 sentner çox olmuşdur.     
01 yanvar 2020-ci il tarixə rayon üzrə iri buynuzlu mal-qaranın  sayı 40 min baş,  xırda buynuzlu mal-qaranın  sayı isə 136,8 min  baş olmuşdur.
Son illər rayonumuzda yeni məktəb binalarının tikintisi diqqət mərkəzində saxlanılmış, rayonun ümumtəhsil müəssisələrinin müasir informasiya- kommunukasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılmış, təhsil müəssisələrinin maddi texniki bazası möhkəmləndirilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin 2018-ci ildə rayonumuza tarixi səfərindən sonra imzaladığı Sərəncama əsasən Biləsuvar şəhərində 1176 şagird yerlik Nizami adına şəhər 1 saylı tam orta məktəbin binası inşa olunaraq istifadəyə verilmişdir.Dörd mərtəbəli, müasir memarlıq üslubunda tikilmiş bu təhsil ocağı ən müasir avadanlıqlarla təmin olunmuşdur.
Ötən il həm də ölkə Prezidentinin digər Sərəncamı ilə Muğan kəndində  80 yerlik “Modul”  tipli məktəbin tikintisi başa çatdırılaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonumuzda ötən il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi mütəşəkkil  təşkil olunmuş, 62310 nəfər əhali tibbi müayinədən keçirilərək səhhətində problem aşkar olunan insanlar  ambulator və  stasionar müalicəyə cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il Respublikamızda “Könüllülər  ili” elan edilmişdir.  Ölkəmizdə həyata keçirilən  islahatların müasir çağırışlara cavab verməsi və proselərdə dinamizmə nail olmaqdan ötrü son illər könüllülük bir hərəkata çevrilmişdir. Odur ki, cari ilin məhz “Könüllülülər ili” olması ölkəmizdə həyata keçirilən islahatların davamlılığına öz töhvəsini verəcəkdir. Biləsuvar rayonunda könüllülük hərəkatı geniş vüsət almış, bu məqsədlə rayon İcra Hakimiyyətinin geniş tədbirlər planı hazırlanmışdır.
Biləsuvar rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda rayonda bundan sonra da abadlıq və yenidənqurma işlərinin davam etdiriləcəyini, yeni sosial layihələrin həyata keçiriləcəyini, rayonun infrastruktun yenilənməsinin daim diqqət mərkəzində olacağını, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, yeni Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni-yeni iş yerlərinin yaradılmasının 2020-ci ildə də əsas vəzifələrdən olacağını bildirdi.
Hesabat iclasında çıxış edənlər fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2019-cu ildə görülən işlər  barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı 2020-ci ildə qarşıya qoyulan hədəfləri açıqladılar.

Keçidlər