Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

12 fevral 2020 | 16:00

12 fevral 2020-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu rayonun Təzəkənd kəndində keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri  və kənd sakinləri iştirak edib.
Təzəkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 358 təsərrüfatda 1925 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 2203 hektardır.Nümayəndəlik üzrə  tam orta məktəb, tibb məntəqəsi, kitabxana, modul sudurulducu qurğu  fəaliyyət göstərir.
Tədbirdə Təzəkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Rudinil Bağırov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası barədə məlumat verdi. Bildirdi ki, ötən  qəbul zamanı 4 vətəndaş tərəfindən 5 məsələ qaldırılmış və bütün məsələlər həll edilmişdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verdi. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüşdə kənd sakinləri tərəfindən əkin sahəsinin yaxınlığından keçən baş suvarma kanalının yenidən qazılması, kənddə əhalinin su təminatını yaxşılaşdırmaq üçün artezian qazılması, kəndarası yollarda müəyyən təmir işlərinin aparılması, yararsız vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi, yeni elektron ATS-in  quraşdırılması, işlə təmin olunması və müəyyən miqdarda maddi köməklik edilməsi barədə müraciətlər edildi.
Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edildi, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verildi.

Keçidlər