Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir.
21 fevral 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər 4 saylı tam orta məktəbində Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri Kamil Qurbanlı, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, ümumtəhsil məktəblərinin nümayəndələri, aktiv gənclər və şəhər 4 saylı məktəbin kollektivi iştirak etmişdir.
Tədbirdə şəhər 4 saylı məktəbin direktoru Ə.Əliyev çıxış edərək ana dilinin əhəmiyyətindən danışdı və bildirdi ki, hər bir insan öz ana dilini yaxşı bilməli , onu qorumalıdır. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı çıxış edərək bildirdi ki, YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş Konfransında hər ilin fevral ayının 21-i Beynəlxalq Ana dili günü elan olunmuşdur.Respublikamızda isə istər sovetlər tərkibində olanda istərsə də müstəqillik qazandıqdan sonra Ümummill liderimiz Heydər Əliyevin dövlətçilik düşüncələrində Ana dilimizin müstəqilliyi ideyaları önəmli yer alırdı. Ümummilli liderin rəhbərliyi altında 1995-ci ildə ölkəmizin yeni konstitusiyasının qəbul olunması ilə özünün tarixi, mənəvi və siyasi haqqını alan Azərbaycan dili hazırkı dövrə kimi dövlət səviyyəsində müasir vəziyyətini , mövqeyini formalaşdırmaq yönümündə mühüm qərar və sənədlərlə əhatələnmişdir.Azərbaycan dilinin qorunması və inkişafına daim diqqət yetirən Ulu Öndərimiz 2001-ci ildə “Dövlət dilinin təkmilləşdirilməsi haqqında ” müvafiq fərman imzalamışdır.Həmin fərmana əsasən dünyanın heç bir ölkəsində olmayan Dövlət Dil Komissiyasının yaradılması nəzərdə tutulmuşdur.2001-ci ilin avqustun 9-da isə isə Cənab Prezidentimizin daha bir fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi.2002-cü ildə isə Cənab Prezidentin fərmanı ilə “Azərbaycan Rspublikasının dövlət dili haqqında ” Qanun qüvvəyə mindi. Ölkəmizdə əsası Ümummilli Liderimiz tərəfindən qoyulan bu siyasət bu gün cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirilməkdədir.Cənab Prezidentin Azərbaycan dilində Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında imzaladığı sərəncam onun milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına göstərdiyi diqqətin təzahürüdür.Ən əsası isə bu kitabların bütün kitabxanalara pulsuz hədiyyə olunmasıdır.
Tədbirdə digər çıxış edənlər də dilin əhəmiyyətindən danışaraq qed etdilər ki, Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Çünki hər bir xalq öz dili ilə yaranır və hər bir xalqın ən böyük sərvəti onun ana dilidir. Çoxmilyonlu Azərbaycan xalqının tükənməz varlıgı olan Azərbaycan dili tarıxın çətin sınaqlarından ugurla çıxıb,yadelli işgalçıların təzyiqləri qarşısında yenilməz qaya kimi dayanıb.Elə bir azərbaycanlı tapılmaz ki,öz ana dilinin keçmişi,indisi və gələcəyi barədə düşünməsin,bu dilin əsrlər boyu keçdiyi yol haqqında fikirləşməsin.
Tədbirin sonunda məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya nümayiş olundu, ana dilindən bəhs edilən şerlər səsləndi .